*Baş barmaq - ana-atanızı, *İşarə barmağı - bacı-qardaşlarınızı, *Orta barmaq - sizi, *Dördüncü barmaq (yəni üzük barmağı) - həyat yoldaşınızı, *Və kiçik barmaq - uşaqlarınızı təmsil edər. Bunun, Çinlilərin izah etdiyi çox gözəl bir hekayəsi var...
Əvvəlcə
ovuclarınızı bir-birinə baxacaq şəkildə açın. Orta barmaqları bükün və
kürək kürəyə birləşdirin. Daha sonra qalan dörd barmağınızı da uc uca
gətirin.
İndi,
ana atanızı təmsil edən baş barmaqlarınızı ayırmağa çalışın...
Açılacaq, çünki ana atanız sizinlə birlikdə ömür boyu yaşamayacaq.
Əvvəl axır onlardan ayrılmaq məcburiyyətindəsiniz.
Baş
barmaqlarınızı əvvəlki kimi birləşdirib, qardaşlarınızı təmsil edən
işarə barmaqlarınızı ayırın. Onlar da ayrılacaq, çünki
bacı-qardaşlarınız öz ailələrini qurub, ayrı bir həyat seçər.
İşarə
barmaqlarınızı birləşdirib, uşaqlarınızı təmsil edən kiçik
barmaqlarınızı ayırın. Onlar da ayrılacaq, çünki uşaqlar da evlənər və
bir gün öz həyatlarını qurar.
Son
olaraq kiçik barmaqlarınızı birləşdirib, yoldaşınızı təmsil edən üzük
barmaqlarınızı ayırmağa çalışın. Ayıra bilmədiyinizi görüncə
çaşacaqsınız. Çünki ər-arvadlar həyat boyu bir yerdə yaşayarlar...
|