İlk
kompüter xakerləri Massaçuset Texnoloji İnstitutunda (MİT) baş
veribdir.Xakerlik “ hack” sözündən götürülübdür.Həmin sözün mənası isə
doğramaq, oğurluq etmək, icazəsiz iş görmək və s. kimi mənalar kəsb
edir.Həmin “hack” sözü dəmiryol işçilərinin və elektropozdla məşğul
olanların dilindən götürülmüşdür.Dəmir yolçularında, xüsusiylə də ABŞ
dəmiryollarında sürətli işin əldə edilməsində bu söz istifadə olunurdu.Bəzi qrup insanlar hansılar ki, hər şeylə maraqlanan insanlardır , cəhd
göstərirlər ki, kompüterlərdə öz ağıllarına uyğun olaraq yeniliklər və
dəyişikliklər etsinlər.Özlərinin yazmış olduğu proqramlarla hər bir
kompüter mütəxəsisinin diqqətini cəlb edirlər.
1970 - Telefon Frikerləri və Cap'n Crunch
Frikerlər
yerli və beynəlxalq telefon şəbəkələrini (setlərini)qıraraq(virtual
yolla), pulsuz danışıq əldə edirlər.”Frikerlərin atası” Vyetnam – ABŞ
müharibəsinin iştirakçısı olmuş Con Dreyperdir.Con Dreyper frikerlik al
əmində Cap'n Crunch ləqəbiylə məşhurdur.Günlərin birində Con Dreyper
Cap'n Crunch adlı bir məkanda qutuda fit – suvenir tapır, hansı ki, bu
saatda 2600 hers (fizikada: rəqs tezliyi ölçü vahidi) səs yayır və AT
və T kimi telefon şəbəkələrində elektrik siqnalları ilə üst-üstə
düşürdü.O, ilk mavi qutunu ( BLUE BOX ) fitin içind ə yerlıəşdirir,
hansı ki,telefonun mikrofonundakı fıştırıq pulsuz danışıq üçün şərait
yaradırdı.Amma tezliklə Esquire jurnalı “ Mavi qutunun kiçik sirrl əri”
adlı məqalə dərc edir.Həmin məqalədə onun quruluşu və istifadəsi
göstərilmişdi.Bu cür qanunsuz işd ən daha çox ABŞ-ın dələduzları
istifadə edirdilər.”Mavi qutuların” ev şəraitində istehsalına və
onların satışında kollecdəki tələbə dostlar - Stiv Voznyak və Stiv Cobs
məşğul idilər.Hansı ki, bu iki məşhur şəxs sonralar Alma kompüterlərin
(Apple Computer) əsasını qoyanlardan biri idilər.
1980 - Xakerliyin məlumat lövhəsi və xakerlərin cəmiyyəti
Telefon
frikerləri bu cür uğurlu addımlardan sonra tezliklə kompüter xakerliyi
ilə məşğul olmağa başlayırlar.Onlar ilk d əfə elektron lövhələrdəki
elanları(BBS), Usenet xəbərlər qrupunun və elektron poçtların
sınması kimi işl ərlə məşğul olmağa can atırlar və bunlara da nail
olurlar.BBS, hərdən isə bunları "Sherwood Forest" və "Catch-22" də
adlandırırlar, tezliklə xakerlərin görüş yerlərinə çevrilirlər.Onlar
burada parolların sındırılması v ə kredit kartlarının nömrəsinin
dəyişilməsini də sınaqdan keçirirlər. Elə bu ərəfələrdə dünya kiber
tarixində ilk xaker qruplarının formalaşması baş verir.İlk xaker
qrupları ABŞ -da "Legion of Doom" (Dağıdıcı legion) və Almaniyada
"Chaos Computer Club"(Özbaşına kompüter klubu) yaranır.1983 – Uşaq
oyunları , ilk film və ilk məhbus Uşaq oyunlarının əsasını qoyan isə
Andres olmuşdur.Bu hadisə 1983-cü ilə təsadüf edir. Xakerlər
haqqında ilk film “Döyüş oyunları” ("War Games") adı altında cəmiyyətə
təqdim olundu.Baş qəhrəman olan xaker video oyun istehsalçısının
kompüterin ə daxil olur, hansı ki, hərbi nüvə münaqişəsi kimi
görünürdü.Bir sözlə bu film hərbiyə aid idi.Bu cür filmlər müntəzəm
şəkil alır və filmlərin təsiri nəticəsində kiber qəhrəman və anti-kiber
qəhrəman psixologiyası insanlarda formalaşır. Elə həmin il 6
yeniyetmə həbs olunur.Onlar özlərini “oğru dəstəsi 414”
adlandırırdılar.Doqquz gün ərzində onlar 60 kompüteri sıradan
çıxartmışdılar.Onların arasında Los -Alamos nüvə araşdırma
laboratoriyasının da kompüteri var idi.
1984 - Xaker jurnalları
Müntəzəm
olaraq “2600” adlı xaker jurnalı çap olunmağa başladı.Redaktor Emmanuel
Qoldşteyn(Erik Korli onun əsl adıdır) əsas qəhrəman kimi yuxarıda qeyd
etmiyim friker Cap'n Crunch -u götürürdü.Daha sonra “Phrack” jurnalı
xakerlər və frikerlər üçün məsləhətlər və nümunələr dərc etməyə
başladı. Hazırda dünyada “2600” jurnalı satışda olan ən məşhur və
nüfuzlu jurnallardan biridir. 1985 - Kompüter istifadəsinə görə
həbsxana Korporasiya və dövlət kompüterlərinin sürətlə və kütləvi
sındırlıması ABŞ-ı narahat etməyə bilməzdi.Bu artıq bir təşvişə çevrilmişdi.Bunun
da məntiqi nəticəsi kimi ABŞ Konqresi "Computer Fraud and Abuse Act"
(Kompüter Dələduzluğu və Həbs Aktı) adlı qanun qəbul etdi.Həmin qanuna
görə kompüterləri sıradan çıxaran şəxslər həbs olunurdu.
Azərbaycanın “OCAQ Web Security” komandası
xalqımızın düşməni olan Mixail Qorbaçovun rəsmi saytını 20 yanvar
faciəsinin il dönümünə görə sıradan çıxartdı.19-20 yanvar 2007 ci il
tarixində baş verən bu hadisəni dünyanın bütün adlı-sanlı KİV-ləri
işıqlandırdılar.
Həmin saytın sınmış forması : (Bu qeder inaniram ki xoshunuza geldi! By crack)