|
| | |
| Главная » 2009 » Fevral » 22 » “Sarkisyan 5 rayonu və Kəlbəcəri Azərbaycana qaytarır”
“Sarkisyan 5 rayonu və Kəlbəcəri Azərbaycana qaytarır” | 4:08 PM |
“Miatsum” üzvü Ermənistan prezidentini satqınlıqda ittiham etdi
“Ermənistan
hökuməti nə Qərb, nə də Rusiya tərəfindən ciddi təzyiq olmadan Qarabağ
məsələsini özbaşına həll etməyə çalışır”. Lent.az-ın “tert.am” saytına
istinadən verdiyi məlumata görə, belə bir bəyanatla “Miatsum”
hərəkatının üzvü Aleksandr Kananyan mətbuat konfransı zamanı bildirib.
Kananyan
Serj Sarkisyanın bir neçə gün öncə Dağlıq Qarabağa səfərinin eksklüziv
detallarını açıqlayaraq məlumatı mötəbər mənbələrdən aldığını iddia
edib. Onun sözlərinə görə, Ermənistan prezidenti bu səfər zamanı
Qarabağın və “əsas güc strukturlarının” “rəhbərliyi” ilə görüşərək qəti
şəkildə problemin həlli variantını açıqlayıb. Guya ki, Sarkisyan
“Dağlıq Qarabağ rəhbərliyinə” bildirib ki, onlar heç bir şərt və
təminat olmadan işğal edilmiş 5 rayonu azad etməlidirlər. Bundan sonra
2 il ərzində hansısa referendum keçirilməlidir və ardınca Kəlbəcər
rayonu da Azərbaycana qaytarılmalıdır.
“Miatsum” üzvü onu da
bildirib ki, Sarkisyanın göstərişi polis və icma nümayəndələri
vasitəsilə əhaliyə çatdırılır: “Amma Qarabağdakı panika tezliklə ümumi
nifrətə çevrilə bilər. Qarabağ xalqı Ermənistanın istənilən
hakimiyyətini onların təhlükəsizliyi məsələsi ilə hesablaşmağa məcbur
edə bilər”.
|
Категория: Xəbərlər |
Просмотров: 1040 |
Добавил: senanoguz
|
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
| |
| | |
|
|