Kompyuterin daha sürətli və rahat işləməsi C:\Windows\Prefetch
qovluğunda olan faylları silin. Bunu ən azı ayda 1 dəfə edin. Ama
yenədə nə qədər tez-tez etsəz sizə yaxşıdı.
Kompyuter açılış sürətinin artırılması Kompyuteri
açılanda Welcome(privetstve) yazısının daha az vaxt qalması və ya
olmaması üçün My computer(moy kompyuter) üzərində mouse-un sağ
düyməsini klik edin. Açılan menyuda Svoystva seçin. Daha sonra açılan
pəncərədən Dopolnitelno bölümünə gedin və Zaqruzka i vosstanovlenie
hissəsində Parametr tıklayın. Yeni pəncərə açılacaq. Buradakı vaxtların
qabağından quş işərisini götürün və OK tıklayın. İndi kompyuteri
söndürüb yandırın. Dəyişikliyi hiss edəcəksiz.
İnternet sürəti 20% artsın Windows XP Professional standart olaraq internet sürətin 20%-ini başqa proseslərə sərf edir. Qarşısını almaq üçün bura daxil olun. (şəkillərlə göstərilib)
Microsoft məlumat sorğusunu bağlamaq Siz
internetə hər qoşulanda Microsoft kompyuterinizi sorğulamağa başlayır.
Windows Update prosesində bütöv olaraq hansı məlumatların
göndərildiyini sadəcə Microsoft bilir. Əgər kompyuterinizlə bağlı
məlumatlara baxılmasını istəmirsinizsə bu yazdıqlarımı edin. START(pusk)\RUN(vıpolnit)\regedit
yazın. Açılan pəncərədə HKEY_LOCAL_MACHINE\Software\Microsoft\Window
NT\CurrentVersion qovluğuna tıklayın və sağ tərəfdə açılan faylların
içərisindən "RegDone" faylı üzərində 2 dəfə tıklayın və dəyərini 1
yazın.
Ad və şifrə girmədən işçi stolunun açılması Əgər
kompyuteri açdıqda istifadəçi adı və şifrə pəncərəsinin olmamağını
istəyirsinizsə bunları edin. START(pusk)\Run(vıpolnit)\Control
userpasswords2 yazın və OK tıklayın. Açılan pəncərədə Trebovat vvod
imeni polzovatelya i parolya yazısının qabağına quş işarəsi yazın və OK
verin. Bu qədər.
Gizlənmiş istifadəçi hesabı və ya Adminstrasiya hesabının göstərilməsi START(pusk)\RUN(vıpolnit)\regedit
yazın. Açılan pəncərədən HKEY_LOCAL_MACHINE\ Software\ Microsoft\
WindowsNT\ CurrentVersion\ Winlogon\ SpecialAccounts\ UserList tıklayın
və sağ tərəfdə açılan faylların yanında mouse-un sağ düyməsini klik
edin və açılan menyudan New(sozdat)> DWORD seçin və adını
istədiyiniz istifadəçi adını yazın. Dəyərini (znaçenie) görünməyi üçün
1 , gizlənməyi üçün 0 (sıfır) yazın. Əgər Adminstrasiya hesabının
görünməyini istəyirsinizsə onda yaratdığınız faylın adını Administrator
yazın və dəyərini 1 edin.
Sistem açılışının sürətlənməsi HKEY_LOCAL_MACHINE\System\CurrentControlSet\Control\Session
Manager\Memory Management\PrefetchParameters qovluğuna tıklayın və sağ
tərəfdəki EnablePrefetcher faylının dəyərini 6 yazın.
Disk təmizləyicinin öz-özünə işləməsini dayandırmaq XP
disk təmizləmə bəzən uyğunsuz bir vaxtda işə düşür və nə qədər vaxt
gözləməli oluruq. Bunun qarşısını alaq və disk təmizləmə işini boş
vaxtımızda özümüz edək. Qarşısını almaq üçün
START(pusk)\RUN(vıpolnit)\regedit yazın. Açılan pəncərədə
HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Policies\Explorer
qovluğuna 1 dəfə tıklayın və sağ tərəfdə NoLowDiskSpaceChecks faylına
daxil olun və dəyərini 1 edin. Əgər həmin fayl yoxdursa onda həmin
yerdə boşluqda mouse-un sağ düyməsini klik edin və açılan menyuda
New(sozdat)>DWORD formatında bir fayl yaradın və adını
LowDiskSpaceChecks dəyərini isə 1 yazın.
Əlavə disk yaddaşı qazanmaq Windows
XP istifadə etdiyimiz programların dll (dynamic link libraries)
fayllarını müəyyən bir vaxt yaddaşda saxlayır. Bu prosesi bağlayıb
biraz yaddaş qazana bilərik. START(pusk)\RUN(vıpolnit)\regedit
yazın. Açılan pəncərədə HKEY_LOCAL_MACHINE\ SOFTWARE\ Microsoft\
Windows\ CurrentVersion\ Explorer qovluğuna 1 dəfə tıklayırıq və sağ
tərəfdə açılan faylların yanında mouse-un sağ düyməsini klik edin .
Açılan menyuda New(sozdat)>DWORD formatında bir fayl yaradın və
adını AlwaysUnloadDll dəyərini isə 1 yazın. Kompyuteri söndürüb
yandırdıqdan sonra aktif olacaq.
MP3 qovluğuna CD albomun şəklini yerləşdirmək Musiqiyə
qulaq asmağı sevənlər həmdə yeni çıxan albomların şəkilinidə
izləyirlər. Albomları isə başqa-başqa qovluğlarda saxlamağı
xoşlayırlar. Ama qovluğda təkcə albomun adı yox şəkli də olsa lap yaxşı
olar. Bunun üçün istədiyimiz qovluğa istədiyimiz şəkilin adını folder
olaraq dəyişib köçürürük. Artıq qovluq görüntüsünü ən böyük edib baxa
bilərsiniz.
Windows XP CD istəməsin Bəzən
kompyuterdə bir sıra işlər görmək istəyirik. Ama bunlardan bəziləri XP
CD-sini istəyir. Əgər Hard diskinizdə əlavə yaddaş varsa (600mb-dan
çox), Windows XP CD-sindəki i386 qovluğunu olduğu kimi istədiyiniz
qovluğa köçürün (məs: D:\Red_kid\i386). Daha sonra
START(pusk)\RUN(vıpolnit)\regedit yazın. Açılan pəncərədə
HKEY_LOCAL_MACHINE\ SOFTWARE\ Microsoft\ Windows NT\ CurrentVersion
qovluğu üzərinə 1 dəfə tıklayın. Sağ tərəfdə SourcePath faylını tapın
və E:\I386 yazısının yerinə i386 qovluğunu köçürdüyünüz adresi
yazın(D:\Red_kid\i386)
Kompyuter avtomatik bağlanmır? Bəzən
Windows-u START menyusundan söndürməyimizə baxmayaraq kompyuter
bağlanmır. Bu problemi düzəltmək üçün START(pusk)\RUN(vıpolnit)\regedit
yazın. Açılan pəncərədə HKEY_CURRENT_USER\ Control Panel\ Desktop
qovluğuna 1 dəfə tıklayın və sağ tərəfdə açılan faylların içərisindən
PowerOffActive faylına daxil olun və dəyərini 1 yazın.
Sistem gücünün artırılması Windows
XP-də fayl və qovluq üçün 2 ad olur. Birincisi gördüyümüz, ikincisi isə
DOS üçün hazırlanmış addır (DOS-la düzgün işləsin deyə). Bu ad işləməsi
CPU və hard diski, ümumiyyətlə sistemi boşa məşğul edir. Həmdə MFT
istifadəsini aşağı salır. Bunun qarşısını almaq üçün START(pusk)\RUN(vıpolnit)\regedit
yazın. Açılan pəncərədə HKEY_LOCAL_MACHlNE\System\
CurrentControlSet\Control\FileSystem qovluğuna tıklayın və sağ tərəfdə
açılan faylların içərisindən NtfsDisable8dot3NameCreation faylına daxil
olun və dəyərini 1 edin.
BSOD çıxanda təzədən başlasın(restart) Kompyuterinizdə
ola biləcək bir sistem pozuntusunda və ya BSOD (BSOD = Blue Screen of
Death=məşhur mavi ekran) hadisəsində sistemin təzədən başlamağı üçün START(pusk)\RUN(vıpolnit)\regedit
yazın. Açılan pəncərədə HKEY_LOCAL_MACHlNE\ System\ CurrentControlSet\
Control\ CrashControl qovluğuna tıklayın və sağ tərəfdə açılan
faylların içərisindən AutoReboot faylına daxil olun və dəyərini 1 yazın.
QEYD:Bu
əməliyyatları özümde etdim və heç bir ziyanını görmədim. Bunlar
tamamilə düzgündür. Həmçinin bunlar minlərlə istifadəçi tərəfindən
yoxlanılıb və heç bir ziyanı görülməyib.
|