Çərşənbə Axşamı
2024-04-23
10:30 AM
Главная www.SENANOGUZ.Tk Приветствую Вас Qonaq | RSS Регистрация
Вход
Меню сайта

Разделы новостей
Xəbərlər [4]
Praqramlar [19]
Oyunlar [19]
İdman [1]
Teleserial [0]
İslam [2]
Maraqlı [11]
Xaker [3]
Sevgi [1]
Musiqi [18]
Şəkillər [5]
Dle Templates [1]
Dle Templates
Dle Modules [6]
Dle modullari Dle Modules
Web Masterler Ucun [8]
Web Masterler Ucun
VodooChat [6]
VodooChat haqinda butun melumatlar
DataLife Engine [0]
Tanınmışlar [3]
Avto Dünya [0]
Mobil Dünya [5]

Мини-чат
500

Наш опрос
Rate my site
Всего ответов: 85

Главная » 2009 » Fevral » 22 » Vampirizm: əfsanə və reallıq
Vampirizm: əfsanə və reallıq
3:59 PM
www.SENANOGUZ.tkVampir deyilən yarı insan, yarı heyvan məxluqların mövcudluğu

barədə tutarlı dəlillər yoxdur.

Lakin hər kəs eyni sözləri deyir: Qorxulu sifət, qanlı yırtıcı dişlər, caynaqvari uzun dırnaqlar, nəhəng və yöndəmsiz bədən, dəhşətli nərilti, günəş işığından qorxma

və daha nələr-nələr...

Vampir deyilən yarı insan, yarı heyvan məxluqların mövcudluğu barədə tutarlı dəlillər yoxdur. Lakin hər kəs eyni sözləri deyir: Qorxulu sifət, qanlı yırtıcı dişlər, caynaqvari uzun dırnaqlar, nəhəng və yöndəmsiz bədən, dəhşətli nərilti, günəş işığından qorxma və daha nələr-nələr...
Onun haqqında xüsusilə də son dövrlər ardı-arası kəsil¬məyən qorxulu kino-filmlər çəkilir, saysız-hesabsız məqalələr yazılır. Dünyamızda həllini gözləyən bir sıra problemlər azmış kimi, bəzi insanlar bu utopik ideyanı da problemlər sırasına daxil etməkdən çəkinmirlər. Əsl məqsəd isə göz qabağındadır: Kino-biznes qazancından gəlir götürmək, insanlarda vahiməyə səbəb olacaq sensasiyalar yaratmaq və bir sıra digər şəxsi maraqlar. Sanki bu mifi yaşatmaqdan xüsusi zövq alınır. Yerdə qalan yazıq əhali isə sadəlövhcəsinə bu kabusun qorxu və həyəcanı altında yaşayaraq ömürlərini başa vururlar.
Mövcudluğunu sübut edəcək bircə dənə də olsun inandırıcı və təkzibolunmaz dəlili olmayan bu gülünc mifin XXI əsrdə yaşamağımıza baxmayaraq, hələ də qalmaqda davam etməsi sizcə də qəribə deyilmi?! Nə isə. Mətləbdən uzaqlaşmayaq.
“Vampir” sözünün mənşəyi və mənası
İngilis dilində olan “vampir” sözü macar mənşəli olub XVIII əsrin əvvəllərindən, daha dəqiq desək, Avropa dövlətlərinin qitənin şərq ucqarlarını maraqlanmağa başlamasından sonra işlənməyə başlanmışdır. Bəzi tarixçilər bu sözün serb və ya türk mənşəli olması fikrini irəli sürürlər.
Günəşin batması ilə yenidən doğması arasında olan zaman intervalı ərzində dirilərək məzarlardan çıxdığına, insanlara hücum edib onların qanlarını içdiyinə inanılan fövqəlvarlıqlar kimi təsəvvür edilən “vampir” sözünün hərfi mənası “qaniçən” deməkdir (Vampire- noun. In stories a dead person who leaves his or her grave at night to suck the blood of living people. Oxford Advanced learners Dictionary of Current English. Sixth edition. Oxford university press. 2005. page1435). Bu söz ayrı-ayrı dillərdə müxtəlif cür adlandırılır. Məsələn, azərbaycanca – xortdan, türkçə - obur, rusca, ukrainca, belarus, slovak və çex dillərində – upir, bolqarca – vampir, polşa dilində – wapierz, yunanca – rikoklas, tatarca –uvır və s.
Qərb ədəbiyyatında “vampir” sözünə ilk dəfə 1734-cü ildə İngiltərədə çap olunmuş “Oxford English” lüğətində (Oxford English Dictionary (2nd edition). (1989). Ed. J. Simpson, E. Weiner (eds). Oxford: Clarendon Press. ISBN 0-19-861186-2.) rast gəlinir. Daha sonra bu söz 1745-ci ildə Harleian Misscelllanydə nəşr edilmiş “Travels of Three English Gentlmen” (“Üç ingilis centlmeninin səyahəti”) adlı macara əsərində (Johnson Samuel, "IV", Harleian Miscellany. London: 1745. T. Osborne, page. 358.) işlənmişdir. Əsərdə qəbirdən şər ruhla xortlayaraq insanları öldürüb qanını içən meyitlər vampir adlandırılmışdır.
Vampirizm mifinin tarixi və ayrı-ayrı xalqlarda vampir obrazları
Vampir əfsanəsinin kökünü Mesopotamiyadakı Dəclə və Fərat çaylarının yaxınlığında olan gil və daş lövhələrin üzərində yazılmış assuriya yazılarında axtarmaq lazımdır.
Assuriyada gözə görünməyən və insanları təsiri altına sala bilən “Ekimmu” adlı vampirin varlığına inanılırdı. Əfsanəyə görə o, taxtadan düzəldilmiş silahlarla, yaxud da pis ruhları qovan birinin köməkliyi ilə məhv edilə bilərmiş.
Vampirlər haqqında olan əfsanələrin rüşeymlərini qədim Babilistanda axtaranlar da az deyil.
Bundan başqa, ibranilərin müqəddəs kitabında adı keçən lilit böyük ehtimal ki, ilk vampirlərdəndir. Lilit gecələri bayquş cildinə girib dolaşaraq ovlamaq üçün uşaq¬ları və qadınları axtarırdı. Əfsanəyə görə lilit Adəm peyğəm¬bərin guya Həvvadan qabaq arvadı olmuş, sonralar Adəmə itaət etməkdən imtina edərək şeytanın tərəfinə keç¬mişdi. Çünki o, artıq hər şeyə pisliyin gözü ilə baxırdı. Nə¬ticə olaraq o, Adəmlə Həvvanın övladlarına, yəni bütün in¬san soyundan olanlara hücum edən bir vampirə çevril¬miş¬dir.
Vampirə oxşar qanı beyninə sıçramış insan kimi təsəvvür olunan “Ching shih” adlı varlığa qədim Çin əfsanələrində də rast gəlmək mümkündür. Əfsanəyə görə bu məxluq öz qurbanını zəhərli nəfəsi və ya qanını əmərək öldürürmüş. Deyilənə görə onu adi silahla və ya günəş işığından istifadə etməklə yaralamaq və hətta öldürmək olarmış.
Qədim Hindistan tarixində isə “qaniçənlər” haqqında olan miflərin kökü hələ eramızdan əvvəl 3-cü minilliyə qədər gedib çıxır. İndiki Hindistanın, Nepalın və Tibetin ümumi sərhədinin keçdiyi Hind çayı vadisində qayalar üzərində yaşıl sifətli, tutqun göy bədənli və uzun köpək dişləri aydın seçilən allahların təsvirləri və bütləri qalmaqdadır. Onlardan biri olan Qədim Nepal ölüm Allahı içərisində qanlı bir hovuzun içində qaya kimi ucalan skilet yığınları üzərində əlində qanla dolu kəllə qapağına (qafa tası) oxşar bir piyalə tutmuş vəziyyətdə təsvir olunmuşdur. Divara çəkilmiş bu təsvirlərdən bəzilərinin tarixi e.ə. 3000-ci illərə qədər gedib çıxır. Vampirizmlə bağlı fikirləri ilə tanınan Dehli Universitetinin professoru Varma həmin ölüm allahını, eləcə də Tibet iblisini və qədim monqal zaman allahını mifologiya tarixində ilk vampirlər hesab edir. Hind ədəbiyyatı tarixində vampirlər təxminən eramızdan 1500 il əvvələ aid olan yazılarda rakşasa (qədim hind dilindən tərcümədə - “mühafizə edən” deməkdir. Heyvan üzlü bir insan və ya insan üzlü bir heyvan olaraq təsəvvür edilən bu varlıqlar guya qurban¬la¬rının ətini yeyib, qanını içərmişlər) və laqsuiram (körpələrin qanını soran yaraşıqlı qadınlar) adlandırılmışdır. Onu da qeyd edək ki, Qədim Hindistan rəvayətlərində ağacdan başı aşağı vəziyyətdə asılmış, yarasaya bənzər və qana ehtiyac duyan “Baital” adlı vampirə oxşar varlıqdan da söhbət açılır.
Bundan başqa, Qərbi Hindistanda yaşlı qadın cildində gecə vaxtı insanları ovlayan “Loogaro” adlı vampirdən də bəhs olunur.
Malayziya əfsanələrində isə vampirlərə “penangalen” deyirlər. Bu bədənsiz baş guya uşaqların qarnında yuva salaraq onları içəridən yeyərmiş.
Şərqi Avropada qaraçılar “Mulo” adlı məxluqun varlığına inanırdılar. Deyilənə görə “Mulo” insanın ruhu olub gecələri öz cəsədini məzarında tərk edərək günəşin ilk şəfəqi ilə geri qayıdarmış. Əfsanəyə görə onlar görünməz olsalar da, ona inanan insanların gözünə əsl bədənləri ilə görünə bilərmiş. Şərqi Avropada qaraçılar həmçinin, “erkək mulolar”ın dul qaraçı qadınları hamilə etdiyinə və ondan doğulan “dhampir” adlı vampirin də mövcudluğuna inanırdılar.
Vampirlərlə bağlı əfsanələrə başqa xalqların mifologiyasında da rast gəlmək mümkündür. Məsələn, ərəblərin 1001 gecə nağıllarında insan ətini yeyən “Aqul” adlı dişi vampirə bənzər məxluqlarla bağlı hekayələr vardır.
Kökü ruhlara dayanan Afrika inanclarında da vampir əfsanəsinin izləri vardır. Belə ki, Afrikanın bəzi qəbilələrində bir ölünün təkrar diriləcəyinə, onun canlı bir varlığın qanı ilə yaşaya biləcəyinə inanılır. Qərbi Afrikada dəmir dişləri və qarmaq ayaqları olan insanabənzər “Asasabonsam” adlı vampirlərin də mövcudluğuna inanılırdı. Əfsanəyə görə onlar qarmaq ayaqları ilə ağacdan başı aşağı vəziyyətdə sallanaraq yaşayır, qurbanlarının barmaqlarından dişləyirdilər.
Yeni Ginenin Camma qəbiləsində Ovengua cini və ya Borneo adasında yaşayan Dayak qəbiləsindəki “Buau” adlı məxluq da oxşar inanışlara dayanan varlıqlardır.
Vampirlərlə bağlı digər maraqlı rəvayət isə İngiltərə tarixinə aiddir. 1200-cü illərdə İngiltərədə yaşayan dindar Walter Map adlı şəxs bir vampirin bütöv kənd əhalisinin qanını əmərək öldürdüyünü iddia etmişdir. Mapın söylədiyinə görə guya kənddə sağ qalan sonuncu insan qılıncı ilə qana susamış vampirin başını iki yerə bölmüşdür.
Tanınmış vampir tədqiqatçısı Montague Summers 1928-ci ildə yazdığı “Vampir – qohumları və yaxınları” adlı əsərində ispanların gəlişindən əvvəl vampirlərin Meksikada yaşamış ola bildiyini söyləyir. Bu ölkədə gecələr uşaqları ovlayıb qanlarını içən, öz ayaqlarını bədənindən ayıraraq forma dəyişdirə bilən “Tlahuelpuchi” adlı vampirin mövcudluğuna inanılırdı. Meksika əfsanələrində gənc uşaqları vampirə çevirən “Civaveteo” adlı vampirlərdən də bəhs olunur.
Braziliyada “Jaracara” adlı vampirlərin mövcudluğuna inanılırdı ki, guya o, ilan kimi görünməklə yatan qadınların qanını və südünü əmirmiş.
Cənubi Amerikada “Azerman” adlı gün boyu qadın cinsindən olan insan formalı, lakin gecələri yarasa və ya digər heyvana çevrilən bir vampirin mövcud¬luğuna inanılırdı. Əfsanəyə görə əgər toxumlar yerdə səpələnmiş halda olardısa, həmin vampir onları saymaq üçün dayanarmış. Yaxud əgər qapının qarşısında süpürgə olardısa, o, həmin otağa girməzmiş.
Misirdə şəhvət və eşq macəraları ilə məşğul olan qara saçlı “Kyra” adlı vampirin var olduğuna inanılırdı.
İrlandiyada bir kelt əfsanəsində Waterford da Strongbow ağacının yanında basdırılmış – kişiləri başdan çıxararaq onlara sarılıb qanlarını qurtarana qədər içmək üçün ildə bir dəfə qəbirdən çıxan – “Dearg-due” (“Qızıl qan əmici”) adlı məşhur bir qadın vampirdən bəhs olunur.
Avstraliyada yarasa kimi qanadları olan, üfunətli qoxu gələn, kişi formalı “Garkain” adlı vampirlərin mövcudluğuna inanılırdı. Əfsanəyə görə tüfeyli gəzən bir ovcu və ya itmiş bir uşaq onun “mangrov” adlı meşəsinə girərdisə, o, ağacdan ovunun üzərinə tullanar və qanadları ilə onu tutarmış, bu zaman qurbanı pis qoxudan nəfəsi kəsilər, “Gurkain” isə onun bədənini yeyərmiş.
Bolqarıstanda tək burun dəliyi olan “Krvopijacs” (“obour” adı ilə də tanınır) adlı vampirin mövcudluğuna inanılırdı. Əfsanəyə görə bu vampirlər məzarların ətrafında güllər gördükdə hərəkətsizləşirmişlər. Onları öldürməyin tək yolu isə cadu edərək ruhlarını bir şüşə içərisinə qatıb odda yandırmaq idi.
Albaniyada gecə vaxtı milçək cildinə girərək uşaqların qanını içən “Shitriga” adlı vampirin mövcudluğuna inanılırdı. Maraqlıdır ki, XX əsrin ilk illərində bir çox erməni həmin məxluqu uşaq ölümlərinin əsas səbəbi kimi qəbul etmişdir (Təəccüblüdür ki, görəsən, nə üçün qondarma “qırğın” və “qətliam” hadisələri uyduraraq özlərini əzilən bir millət kimi qələmə verən mənfur ermənilər həmin uşaq ölümlərinin də səbəbini Azərbaycan, bütövlükdə isə türk millətinin üzərinə atmaq istəməyib. Yəqin ki, ağıllarına gəlməyib?!).
Polşa və Rusiyada normal insan kimi gözə görünən, lakin ağzında diş əvəzinə arı iynəsi olan və ovuna günortadan sonra gecə yarısına qədər çıxan “Vampir” adlı vampirin mövcudluğuna inanılırdı. Əfsanəyə görə o, yalnız yıxıldığı zaman vücudu partlayır, bədənindən yüzlərlə iyrənc heyvanlar əmələ gəlirdi. Deyilənə görə onlardan biri qaçardısa, “vampir”in ruhu da qaçmış olurdu ki, bu da onun gələcəkdə intiqam almaq üçün geri qayıtmağına səbəb olurdu.
Qədim Yunanıstan və Roma əsatirlərinə gəlincə isə , qaniçənlər – gözəl qadın və ya qorxunc ruh cildinə girərək insanları ovlayan lamiyalar, rikolaklar və başqa obrazlarla təmsil olunmuşdur. Lamiya yunan mifologiyasına görə Allahlar Allahı Zevsin məşuqəsidir. Zevsin arvadı Hera ona qarşı savaşmışdır. Lamiya dəli olmuş və öz dölünü öldürmüşdür. Bundan sonra o, gecələr insanların uşaqlarını həmin üsulla öldürmək üçün ova çıxmışdır.
Yunan əfsanələrində yeni ilə keçən gün gözə görünən, yarı insan, yarı heyvan olan “Callicantzaros” adlı vampirdən də bəhs olunmuşdur. Deyilənə görə o, qəsəbələrin girişində və ya düzənlik yerlərdə gəzib yeraltı mağaralarda yatarmış. Guya yer üzünə çıxdıqda “Callicantzaros” ölümsüz olmayan bir qadını yeraltı dünyasına gəlin gətirmək və ondan uşağı olması üçün qaçırarmış. Əfsanəyə görə ana və atası ölümlü olan bu vampirin dişlədikdən sonra yediyi ilk qurbanı öz qardaşı və bacısı olmuşdur.
Yunan rəvayətlərində möhkəm pəncələrə malik olan, qurbanlarının qanını içən vampirə bənzər “Keres” adlı varlıqdan da söhbət açılır.
Yunan və Roma əsatirlərində yer alan bir hekayə isə “Mennipus” adlı gənc bir adamın toyundan bəhs edir. Toyda tanınmış bir filosof olan Tyanalı Apollonius çox gözəl olduğu söylənilən gəlini araşdırır. Sonda o, gəlini vampir olmaqda günahlandırır və hekayəyə görə gəlin vampir olduğunu etiraf edir. Əfsanəyə görə gəlinin Mennipus ilə evlənməsinin səbəbi əlinin altında içmiş olacağı təzə qan saxlamaq imiş (Bu hekayə bizim eranını birinci əsrində Philostratas adlı şəxs tərəfindən də danışılmışdır).
Romada əhali gecələr bayquşa çevrilərək uşaqların qanını əmən və onların daxili orqanlarını yeyən “Stryx” adlı vampirin mövcudluğuna da inanırdı.
Digər vampir obrazları
Ayrı-ayrı xalqların inanclarında mövcud olmuş haqqında bəhs edilən “vampir” obrazlarından başqa, müxtəlif xalqlarda digər vampir obrazlarına da rast gəlmək mümkündür. Məsələn, İncubus və Succubus (Avropa), Glaistig (Şotlan¬diya), Leanansidhe (Man adası), Soucouyan (Dominikan), Strigoi (Rumıniya), Veshtitza (Serblərdə), Vrykolakas (Yunanıstan) və s.
Bəzi vampirlər isə aşağıdakı kimi təsəvvur olunmuşdur:
Aswang – Gündüz insan, gecə isə vampir olan gözəl bir qız kimi təsvir olunmuşdur. Ov etdiyi zaman böyük bir quşa çevrilir və içi boş olan dilini qurbanının boğazına soxaraq qanını içirmiş;
Bas – Əsasən donuz, bəzən də insan qanı içən vampir;
Kappa – Su olan yerlərdə yaşayan, heyvan qanı ilə bəslənən vampir;
Tenatz – Ölmüş insanların bədənlərini ələ keçirib ruhlarına hakim olan və insan qanı içib gecələr məzrlıqlara girdikdə siçana dönən vampir.
Bir sıra digər vampirlər və vampirəbənzər varlıqların isə adlarını sadalamaqla kifayətlənirik: Asema, baobban sith, nora, polong, redcaps, ustrel, vetala və s.
Kilsənin və din xadimlərinin “vampirizm” əfsanəsinə reaksiyası
Tarixdən məlum olduğu kimi 1215-ci ildə Romada keçirilmiş Dördüncü laferan Soborunda vampirlərin mövcudluğu kilsə tərəfindən qəbul olundu və kilsə özünü vampirlərin kökünü kəsmək qüdrətində olan yeganə güc kimi elan etdi. 1347-ci ildən etibarən isə üç il müddətində Avropada bubon xəstəliyi (qasıqda limfa düyünlərinin iltihabı) tüğyan etdiyi dövr ərzində kilsə bunun əsas səbəbini məhz vampirlərlə əlaqələndirdi. Xəstəliyin mahiyyəti barəsində heç bir təsəvvürə malik olmayan kütlənin isə 25 milyon insanın ölümünə səbəb olan bu bəlanı fövqəlqüvvələrin qəzəbi kimi düşünməkdən başqa çarəsi qalmadı.
Həmin dövrdə xəstəliyin yayılma mənbəyi belə qəbul olundu: Guya xortlayan meyitlər insanlardan intiqam almaq üçün onları dişləmiş, nəticədə isə vampirlər ortaya çıxmışdır. Bu dövr ərzində kilsənin vampirlərə qarşı mübarizəsi yalnız quru təbliğatla məhdudlaşdı və bununla əlaqədar əməli heç bir iş görülmədi. Bu hal isə “xortlama” hallarının, vampirizm kabusunun yazılı şəklə düşməsinin əsasını qoydu. Başqa sözlə, əhali arasında şifahi şəkildə dolaşan şayiəllər artıq yazılı şəkil¬də ifadə olunmağa başladı. Təsadüfi deyil ki, təxminən 200 il sonra, daha dəqiq desək, 1489-cu ildə “Malleus Maleficarum” adlı kitab yazılmışdır. Əslində cadugərlərin zülmündən bəhs edən kitab olmasına baxmayaraq, həmin kitabdan vampirlərə qarşı mübarizə zamanı da istifadə olunmuşdur. Məhz bu səbəbə görə də, təəssüf ki, yazılanlar tətbiq edilərək bir çox məsum insan günahsız yerə vampir hesab edilib edam olunmuşdur. Bu kitab guya şeytana uyanları tanımaq və onların zülmündən qorunmaq üçün yollar göstərirdi. Dini alim Leo Allatiusun 200 il sonra tapılan yazıları kilsənin uzun müddət vampirlərə olan inancının davam etdiyini göstərən bir sənəddir. 1645-ci ildə “On The Current Opinions of Certain Greeks” adlı araşdırması ilə Allatius kilsənin bir tələbəsi kimi yunanlarda vampir anlayışını tədqiq etmişdir. Fikrimizcə, Allatius, bəlkə də, vampirlərin şeytana xidmət edən və gecələri insan ovlamaq üçün peyda olan varlıqlar olduğunu rəsmən elan edən ilk alimdir.
Vampirizm kabusuna qarşı mübarizə
Nəhayət, 1700-cü illərin əvvəllərində Parisdəki Sarbonna Universiteti ölünün vampirə çevrilməsi fikrini puça çıxarmaq üçün bədənin formasının dəyişməsi fikrinə rəsmi olaraq qarşı çıxdı. Bununla da həmin universitet məntiqsiz batil inancların səbəb olduğu vampir hesab edilən cəsədin bədən formasının dəyişməsi fikrinə qarşı çıxaraq radikal bir mövqe nümayiş etdirdi. Bundan sonra vampirlərlə bağlı batil inancları tənqid edən digər alimlər də öz sözlərini deməyə başladılar. Məsələn, Fransız rahib Dom Augustine Calmet cəsarətlə 1746-cı ildə “A Treatise on Apparations Spirits And Vampires a.k.a. The Phantom World” (“Xəyalətlər, Ruhlar və Vampirlər haqqında elmi bir kitab – Xəyali Dünya”) adı vampirlərin mövcudluğunu ciddi şübhə altına alacaq qədər güclü bir kitab yazmışdır. Calmet hələ o vaxtlar öz kitabında vampirlərin mövcudluğunu qəbul etmək üçün əvvəlcə tutarlı faktlar və təkzibolunmaz sübutlara ehtiyacın olduğunu bildirmişdir.
Vampirlər bədii ədəbiyyatda və kino-filmlərdə
Dünya ictimaiyyətinə bədii ədəbiyyatdan və kino-filmlərdən bir sıra məşhur vampirlərin adı məlumdur. Məsələn, Dr. John Polidorinin “Vampyre” əsərindəki (1819) günahkar vampir Lord Ruthven (bəzi mənbələrə görə adı çəkilən əsər məşhur ingilis şairi Lord Byron tərəfindən yazılıb), İrlandiyalı yazıçı Joseph Sheridan Le Fanunun “Carmilla” əsərindəki (1872) lezbiyan dişi vampir, digər İrlandiyalı yazıçı Bram Stoukerin “Drakula” romanındakı (1897) Drakula, “Queen of the Damned” filmindəki əsmər rəngli Atasha, 1931-ci ildə vampirlər haqqında çəkilmiş qorxu filmindəki Bela Luqoşinin canlandırdığı vampir obrazı və s.
Elə məhz Bela Luqoşinin canlandırdığı qara saçlı, solğun bənizli, yırtıcı dişləri və uzun iti caynaqları olan, qərb və şərqin qarışıq aksenti ilə danışan insandan çevrilmə varlıq “vampir” adlı utopik varlığın beyinlərdə həkk olunan obrazı oldu. Onu da qeyd edək ki, kino-film tarixində vampirlər haqqında ilk film 1922-ci ildə alman rejissoru Murnau tərəfindən çəkilmişdir.
1930-cu illərdə isə Hollywoodun film möv¬zuları içə¬risində ən diqqət mərkəzində olanı məhz vam¬pir¬lərlə bağlı olan mövzular idi. Kino-filmlərin ən tanın¬mış vampir oyunçusu isə Christopher Lee idi.
Mifoloji və folklor vampirləri
Mifoloji vampirlərlə folklor vampirləri bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir və onları qətiyyən qarışdırmaq olmaz. Məsələn, Slaviyan folklorundakı vampir Bram Stoukerin yaratdığı vampir obrazına qəti şəkildə oxşamır. Belə ki, Broum Stoukerin “Kont Drakula” adlı vampiri Transilvaniyada yaşayan bir macardır. Onun prototipi isə Rumıniya kralı Vlad Tepeş adlı biridir ki, göstərdiyi şücaətlərə görə o, imperator Siqizmund tərəfindən xüsusi emblemlə mükafatlandı¬rıl¬mışdır. Emblemin üzərində xaç formasında çarmıxa çəkilmiş qanadlı əjdaha (drakul) təsviri olduğundan onların sülaləsi Drakullar adlandırılmış, 1476-cı ildə türklərlə savaşda məğlub olaraq sülalənin mövcudluğu başa çatmış və bundan sonra elə bir izi qalmamışdır. Məhz Broum Stoukerin adı çəkilən romanının işıq üzü görməsi ilə tarixdə belə bir şəxsin və sülalənin olması bütün diqqəti özünə yönəltmişdir.
Bədii ədəbiyyatda “vampir” surəti istər “iş üslubu”na, istərsə də xarici görkəminə görə fərqlənir. O, kök bədənli, dağınıq saçlı, qızarmış sifəti və ölgün gözləri olan çirkab içərisində yaşayan bir slaviyandır. Mifoloji vampir öz qurbanının qanını boynundan dişləyərək sorduğu halda, bu pis qoxulu məxluq üfunətli dişlərini ovunun sinəsinə və ya əl-ayağına batırır, dəbdəbəli qalada deyil, məzarlıqda ömür sürür.
Vlad Tepeş kimdir?!
Tarixə nəzər salsaq görərik ki, Vlad Tepeş Drakula XV əsrdə yaşamış və türk ordusuna qarşı savaşmış həqiqi bir Rumıniya kralı olmuşdur. Bu gün belə Vlad Tepeş Drakula Rumıniya tarixində qəhrəman hesab edilir. Təsadüfi deyil ki, Rumıniya ordusu onun şərəfinə modern bir hücum vertolyotuna “AHO1-RO Drakula” adını vermişdir. Qəhrə¬man olmasına baxmayaraq, o, həm də bir qatil idi. Canavar ruhlu olan bu adamın ən sevimli qətl üsulu isə qurbanını paza keçirərək öldürməyi idi.
Onun qəsri Rumıniyada Wallachia bölgəsində, yəni məşhur Transilvaniyada arges çayı sahillərində yerləşmişdir. 1456-cı ildə Vlad Tepeş buraya hakim idi. Onun qəsri qayalar üzərində əlçatmaz bir yerdə yerləşdiyindən strateji baxımdan çox əlverişli idi. Həmin vaxtlar Wallachiada iki sinif var idi: kölələr və boyarlar. Vlad Tepeşin məqsədi boyarları qorumaq idi. Bu dövrdə Osmanlıların hücumları nəfəs almağa imkan vermirdi. Osmanlı taxtında isə Fateh Sultan Mehmet oturmuşdu. Bizansı məhv edən gənc sultanın gözü Balkan ərazilərində idi. O, boyarların silahlanmasına və ordu qurmalarına heç cür imkan vermirdi. Vlad Tepeş isə türklərə qarşı gizli şəkildə təşkilatlanırdı. Nəhayət, o, 1457-ci ildə bir hücum hazırladı və gecə yarısı Osmanlıların tərəfini saxlayan boyarların qəsrlərini tək-tək ələ keçirərək onları ailələri ilə birlikdə əsir götürdü. Vəhşət və barbarlıq həmin gecə başladı. Belə ki, o, əsirləri aylarla dolandıraraq tək-tək öldürtdü. İnanılmaz işgəncələr edirdi. Əsirlərdən bəzilərini uçurumlardan atır, bəzilərinin diri-diri dərilərini soydurtdurur, bir qismini aclıqdan öldürtdürür, bir hissəsini isə buzlu sularda boğdurtdururdu. Bu xəbər türk fatehinə çatdıqdan sonra Osmanlı ordusu bölgəyə daxil oldu. Vlad Tepeş əvvəlcə bir neçə döyüşü qazandı və əsir götürdüyü türkləri tragedik şəkildə qətlə yetirdi. Çoxunun əmmaməsini başına mismarladaraq paza oturtdururdu. Deyilənlərə görə Vlad Tepeş həmin vaxt 20 min türkü paza keçirmək üsulu ilə öldürtdürüb meyitlərini paza keçirilmiş vəziyyətdə yan-yana sıraladaraq düzdürtmüşdü. O, sözün əsl mənasında, azğınlaşmışdı. Yağ qazanları qaynadır, insanları diri-diri içlərinə atdırırdı. Kəsdiyi başlardan qüllələr yığını düzəltdirib qarşısında oturaraq şərab içirdi. Belə vəhşi qətl mərasimlərini günlərlə davam etdirirdi. Vlad Tepeş öldürtdüyü insanları bişirib doğramaqdan da zövq alırmış. O, həmçinin yeməklərində qurbanlarının qanlarını çörəyə batırıb yeyərmiş. Bütün bu deyilənlər 1463-cü ildə dürüst olaraq hazırlanmış “The story of a Bloodthirsty Madman called Dracula of Wallachia” sənədində öz əksini tapmışdır. Göründüyü kimi Vlad Tepeş Drakulanın həqiqətən insan qanı içməkdən zövq alması tarixi sənədlərlə də təsdiqlənir. Lakin bütün bunlar onun bir vampir olmasına dəlalət etmir. Çünki insan qanına olan meylindən başqa, vampirlərə xas olan heç bir əlaməti onda müşahidə edən olmamışdır. Törətdiyi vəhşiliklər onun sadəcə inanılmaz dərəcədə qəddar biri olduğuna dəlalət edir. Belə qaniçən qəddarlara isə tarixin hər dövründə rast gəlinmişdir.
Axırda Osmanlı ordusu Tepeşi qəsrində sıxışdırdı. Amma qəsri ələ keçirmək çox çətin bir iş idi. Beş qülləsi olan qəsrin strateji vəziyyəti və dik qayalar türklərin top atəşinə ciddi mane olurdu. Bu vaxt türklər davamlı olaraq çarpaz atəş altında qaldılar. Bir versiyaya görə qəsrdən uzaq məsafəli yerlərə çıxışı olan gizli keçidlər var idi. Osmanlı əsgərləri səylə savaşarkən Tepeşin qəsrdən artıq qaçması barədə xəbərlər yayıldı. Türk ordusu Tepeşin həqiqətən qəsrdə olmadığına əmin olduqdan sonra geri çəkildilər. Lakin savaş hələ bitməmişdi. Müntəzəm şəkildə türklərlə mübarizə aparan Tepeş 1462-ci ildə sıxışdırılaraq geri çəkildiyi Poenaridə mühasirəyə düşdü. Arvadı çaya tullanaraq intihar etdi. Ancaq Tepeş buradan da qaça bildi. Deyilənlərə görə qısa bir müddət sonra türklərə məğlub olmuş, daha sonra öldürülmüş və başı kəsilərək İstanbula gətirilmiş, bədəni isə qayalardan aşağı atılmış, cəsədinin hissələrini toplayan rahiblər onu Snaqovda bir monastırın gizli zirzəmisində basdırmışlar. Maraqlı məqam isə odur ki, 1931-ci ildə monastırda açılan həmin məzar boş olmuşdur.
Vlad Tepeşin qəsrinə gəlincə isə, bu qəsr, türklər tərəfindən Tepeşdən qisas almaq üçün dağıdılmışdır. Qəsrin qalıqları 1940-cı ildə baş vermiş zəlzələ zamanı tamamilə məhv olmuşdu. Qeyd edək ki, 1960-cı illərədək qəsrin yeri bilinmirdi. Onun yerini Raymond T. McNally və Radu F. Florescu tapmışdır. Daha sonra qəsr bərpa edilmiş, Rumıniya üçün mühüm gəlir mənbəyi olmuşdur.
Tarixdən məlum olduğu kimi Vlad Tepeşin qəsrinin yerini müəyyənləşdirən Radu F. Florescu əldə etdiyi sənədlərlə Tepeşin qurbanlarının qanını içməsini və ölümsüz olması istəməsini yazılı olaraq açıqlamışdır.
Broum Stoukerin Drakulası
Broum Stouker “Drakula” adlı romanını 1897-ci ildə yazmışdır. Konkret dəlillər olmasa da, Broum Stoukerin Vlad Tepeşlə bağlı tarixi mənbələri hansısa bir formadasa ələ keçirdiyi zənn edilir. Yuxarıda da qeyd etdiyimiz kimi Tepeş Stoukerin Drakulasının prototipi idi. “Drakula” sözü “Əjda¬hanın oğlu”, “Şeytanın oğlu” mənalarını ifadə edir. Dra¬ku¬la¬nın vampirlərlə əlaqəsi Stoukerin əsəri ilə başlanmışdır. Əslində, Stouker bir vampir romanı yazmaq istə¬yirdi. O dövrdə bu xarakterli romanlar yazmaq dəbdə idi. Çox güman ki, Vlad Tepeşi düşünüb təbii olaraq o, əsə¬rində məkan kimi Transilvaniyanı tərcih etdi. Halbuki Stouker həyatda heç vaxt Transilvaniyaya getməmişdir. Görünür, kitabxanalarda uzun müddətli gərgin araşdır¬maları öz bəhrəsini vermişdi ki, Stouker Vlad Tepeş və onun qəsrinin tarixi haqda öyrənmiş və bu yöndən yola çıxaraq məşhur romanını yazmışdı.
Müəmmalı hadisə
1977-ci ildə çox qəribə və müəmmalı bir hadisə baş verdi. Belə ki, amerikalı səyyah Vincent Hillyer icazə alıb bir gecəlik Vlad Tepeş Drakulanın qəsrində qaldı. Həmin gecə hücuma məruz qalıb boynundan dişlənildikdən sonra “Drakula” romanı və “Vampirizm kabusu” yenidən gündəmə gəldi...
“Vampir” əfsanəsinin yaşamasına səbəb olmuş manyak ruhlu insanlarla bağlı tarixə qısa ekskursiya
1404-1440-cı illər: Fransada Gilles de Rais adlı şəxs gənc kişiləri vampirizmə və sadizmə aid edilən üsullarla qətlə yetirdiyi üçün həbs edilmişdir;
1560-1614-cü illər: Sabine Baring Gouldun “The Book of Werewolves” adlı kitabında “Qan əmici qrafinya” adlandırılan macar qrafinyası Elizabeth Bathorynin mərhəmətsizliklərindən bəhs olunur. O, mükəm¬məl təhsil almış ağıllı bir qadın olmasına baxmayaraq, çox zalım bir xarakterə malik idi. Əri hərbiçi olmuş müharibə¬lər¬də əsir düşmüş türk əsgərlərinə qəddarlıqla işgəncələr ver¬miş¬di. E. Bathoty əslində qəddarlığı ərindən öyrənmişdi. Ərinin ölümündən sonra isə onda yaranan ölüm qorxusu xidmətçi və kölələrinə sadist və qəddar davranmasına yol açmışdır. E. Bathoty qurbanlarını döymə¬yə alışmış olmaqla yanaşı, çox vaxt onları şikəst də edirdi. Deyilənlərə görə o, bir dəfə Castle Csejthe adlı evinin yaxın¬lığın¬da qurbanlarının bədəninə qarlı və soyuq havada su tökərək dondurmuş¬du. İddialara görə E. Bathoty bir dəfə xidmətçisi olan qızın vücudunu dəfələrlə dişləyərək ona işgəncələr vermişdi. O, gənc qalması üçün insan qanı ilə çimirmiş. Bir mənbəyə görə o, 650 qızı öldürüb qanını içmişdi. Ölülərin sayı çoxaldıqda E. Bathotyin xidmətçiləri cəsədləri onun qəsrindən kənara tullayırdılar. Qan içində olan meyitləri tapan kənd əhalisi təbii olaraq onların vampirlər tərəfindən öldürüldüyünü düşünmüşdülər. E. Bathoty 1610-cu ildə gənc qızları öldürdüyünə görə həbs edildi. Deyilənlərə görə qurbanlarının cəsədləri qəsrində tapılmışdı. 1611-ci ildə iki dəfə keçirilən məhkəmə prosesində həqiqi ifadəsi alındı və o, təqsiri sübut olunduğundan Karpatya dağlarında yerləşən qəsrindəki yataq otağına həbs edildi. Bir müddət sonra isə o, öldü. E. Bathoty haqqında danışılan əfsanələr bu gün belə səngimək bilmir. Belə ki, onun ruhunun ana vətəni olan Karpatyada gecə vaxtları ətrafı dolaşaraq qan axtardığı iddia edilir. Göründüyü kimi, onun qanlı hekayəsi bizə ağlı başında olmayan qəddar bir qatilin törətdiyi cinayətlərin yanlış şərh edilməsinin cahil insanların inanclarında vampirizm əfsanəsinin yaşamaqda davam etməsinə necə böyük təsir göstərdiyini bir daha ortaya qoyur;
XVI əsr: Gilles Garnier adlı biri Fransada aclığını aradan qaldırmaq üçün yalnız dişi qurbanlarını öldürüb qanını içmişdir;
XVI əsr: Clara Geisslerin adlı şəxs caduluq və vampirizmlə bağlı işlərlə məşğul olduğu üçün həbs edilmişdir;
XVIII əsr: Peter Plogojowitz adlı biri Macarıstanda 10 gün ölü qaldıqdan sonra guya ki, dirilərək gecə vaxtları insanları ziyarət edib onları vampirə çevirirmiş;
1727-ci il: Arnold Paole adlı şəxs vampir gördüyünə and içdikdən sonra qəzaya düşərək ölmüşdür. Əfsanəyə görə öləndən sonra dirilərək kəndə hücum etmiş, kənd əhalisi onun ürəyinə paz batıraraq öldürmüşdür;
XIX əsr: Sergeant Bertrand adlı bir ruhi xəstə Fransada məzarları eşməklə məşğul olurdu;
1867-ci il: Portuqaliyalı dənizçi James Brown gəmidəki özü kimi digər iki dənizçini öldürdükdən sonra birinin boynundan dişləyib qan içərkən yaxalanmış, ona məhkəmə tərəfindən ölüm cəzası verilməsi istənilsə də, ruhi xəstə olduğu hesab edilib dəli xəstəxanasında müalicə olunmasına qərar verilmişdir;
1883-1931-ci illər: Peter Kurten adlı şəxs “Düsseldorf vampiri” olduğu güman edilən erotik şəkildə qan içməyi sevən bir hematodipsiac idi. Arvadı tərəfindən polisə xəbər verildikdən sonra törətdiyi bir çox cinayətlərin üstü açılmışdır;
1879-1925-ci illər: Fritz Haarmann adlı şəxs Almaniyada “Hanover vampiri” adı ilə qurbanlarını yemədən əvvəl boyunlarını dişləyərək qanlarını içirdi.
Uşaqlıq dövrünü atasının qorxusu altında yaşayan Fritz Haarmann gənc ikən orduda xidmət etmişdir. Çox keçmədən uşaq zorakılığına görə cəza verilmiş, bundan sonra İsveçrəyə qaçmışdır. Küçələrdə yaşayan Fritz Haarmann heyvanları öldür¬məkdən zövq alırmış. I Dünya müharibəsindən sonra polis dəstələrinə qatılmış və casusluq etmişdir. O, homoseksual idi. Küçələrdə tanış olduğu gənc oğlanları evinə dəvət edir, onlarla cinsi əlaqəyə girdikdən sonra öldürdürdü. 1919-cu ildə qanuni olmayan yolla cinsi əlaqəyə girdiyinə görə 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həbsxanadan çıxdıqdan sonra Hans Grans ilə tanış olmuşdur. Hans Grans onun həm sevgilisi, həm də “cinayət partnyoru” olmuşdur. 1920-ci illərdə Fritz Haarmannın törətdiyi cinayətlər artıq çoxalmağa başlamışdır. O, artıq qurbanlarının boyunlarını dişləyib qanlarını içirdi. 1924-cü ildə polis onun cinayətlərinin izinə düşdü. Uşaqları qeyb olan bir neçə ailə polisə xəbər verdikdən sonra artıq Fritz Haarmannın bu işlə əlaqəsinin olduğu ortaya çıxdı. Fritz Haarmann həbs edildikdən sonra onun evini axtaran polislər 20-yə yaxın insan cəsədinin qalıqları ilə rastlaşdılar. Bütün bunlardan sonra Fritz Haarmann Hans Gransı da ələ verərək günahlarını etiraf etdi. 24 cinayət üzrə ittiham olunsa da, törətdiyi cinayətlərin sayının 50-yə yaxın olması düşünülür. İnsan əti yemək də daxil olmaqla, bütün iyrəncliklərə yol verən Fritz Haarmann bir vaxtlar qəssab olduğundan müştərilərinə onların xəbəri olmadan insan əti satdığını belə etiraf etdi. 15 aprel 1925-ci ildə keçirilmiş məhkəməsindən sonra Fritz Haarmann başı kəsilərək edam edilmiş və beyni araşdırılması üçün Göttingen Universitetinin alimlərinə göndərilmişdir;
XIX əsr: Antoine Leger adlı biri Fransada gənc qızı qanını içmək də daxil olmaqla hər cür işgəncəni etdikdən sonra öldürmüşdür;
XIX əsr: Vincenzo Verzeni Buttanaucco adlı şəxs İtaliyada cinayət, şikəst¬etmə və vampirizmlə bağlı ittiham olunaraq həbs olunmuşdur;
XIX əsr: Mercy Brown adlı biri Rhude adasında öldükdən sonra bədəninin çürüməməsi səbəbindən vampir olmasından şübhələnildiyi üçün başı kəsilmişdir;
1910-cu il: Salvarrey Galazanna adlı bir nəfər vampir olduğunu deyərək Portuqaliyada tapılmış boynu dişlənilən ölmüş qızı qətlə yetirdiyini bildirmişdir;
XX əsr: John George Haigh adlı ruhi xəstə olan biri qurbanlarının qanlarını içdikdən sonra meyit qalıqlarını məhv etmək üçün onların üzərinə sülfürik asit tökmüşdür.
Misalların sayını artırmaq da olar. Bütün bunlar onu deməyə əsas verir ki, tarixin müxtəlif dövrlərində manyak ruhlu vəhşi və ya xəstə insanların bu cür iyrənc və tük ürpədici hərəkətləri insanların beynindəki vampirizm kabusunun nəsildən-nəsilə ötürülməsinə böyük təsir göstərmişdir.
Dünyanın tanınmış vampir tədqiqatçısı Rosemary Ellen Guileyin vampir haqqındakı görüşləri
Hazırda Baltimore yaxınlığında Marylandda yaşayan Rosemary Ellen Guiley müəmmalı və sirli məxluqlarla araşdırmalar aparıb fövqəlvarlıqlar haqqında 41 kitab, 8 ensik¬lopediya və yüzlərlə məqalələr yazmışdır. Onun əsər¬ləri dünyanın 13 dilinə tərcümə edilmişdir.
Rosemary Ellen Guileyin kitab və ensiklopediyalarının bir neçəsinin adı ilə sizi tanış edirik:
Ruhlar, xəyalət və fövqəlvarlıqlarla bağlı kitab və ensik¬lo¬pe¬diyaları:
• The Encyclopedia of Ghosts and Spirits. Facts On File, 1992. Second ed. 2000. Third ed. 2007.
• The Encyclopedia of the Strange, Mystical and Unexplained. Gramercy Books/Random House, 2001.
• The Atlas of the Mysterious in North America. Facts On File, 1994.
• Harper's Encyclopedia of Mystical and Paranormal Experience. Harper San Francisco, 1991.
• Moonscapes: A Celebration of Lunar Astronomy, Magic, Legend and Lore. Prentice-Hall, 1991.
Sehrlə bağlı ensiklopediyası:
• The Encyclopedia of Magic and Alchemy. Facts On File, 2006.
Ruhun başqa varlıqlara keçməsi ilə bağlı kitabı:
• Tales of Reincarnation. Pocket Books, 1989.
Qurdadamlar və cadugərlərlə bağlı ensiklopediyası:
• The Encyclopedia of Witches and Witchcraft. Facts On File, 1989. Second ed. 1999.
Yuxular və intuisiya ilə bağlı kitabları və ensiklopediyası:
• The Tao of Dreaming. (With Sheryl Martin, OMD) Berkley, 2005.
• The Dreamer’s Way: Using Proactive Dreaming for Creativity and Healing. Berkley, 2004.
• Dreamspeak: How To Understand the Messages in Your Dreams. Berkley, 2001.
• Dreamwork for the Soul. Berkley, 1998.
• The Encyclopedia of Dreams: Symbols and Interpretations. Crossroad, 1993; Berkley, 1995.
• Breakthrough Intuition: How To Achieve A Life of Abundance by Listening to the Voice Within. Berkley, 2001.
Mələklər və pərilərlə bağlı kitabları və ensiklopediyası:
• Angel Magic for Love and Romance. Galde Press, 2005.
• Fairy Magic. Thorsons/HarperCollins, 2004.
• The Encyclopedia of Angels. Facts On File, 1996. Second ed. 2004.
• Ask the Angels. Element/HarperCollins, 2003.
• I Bring You Glad Tidings: Inspiring True Stories of Christmas Angels. Pocket Books, 1999.
• An Angel in Your Pocket. Thorsons/HarperCollins, 1999.
• Angels of Mercy. Pocket Books, 1994.
Möcüzələr və ibadətlərlə bağlı kitabı və ensiklopediyası:
• The Quotable Saint. Facts On File, 2002.
• The Encyclopedia of Saints. Facts On File, 2001.
Gələcəyi görməyə imkan verən xüsusi kartlar və şəkillərlə bağlı kitabları:
• The Mystical Tarot. New American Library, 1991; Signet, 2001.
• The Angels Tarot. HarperSanFrancisco, book and deck set,1996.
• The Alchemical Tarot. Thorsons/HarperCollins, book and deck set, 1995.
Rosemary Ellen Guiley dünyanın əksər bölgələrinə səyahətlər edərək vampir¬lər¬lə bağlı təqribən min səhifəlik bir dosye hazırlamışdır. O, ayrı-ayrı ölkələrdə fəaliy¬yət göstə¬rən 1000-dən çox vampir dərnəyini ziyarət etmiş, tədqiqat obyekti ilə bağlı saysız-hesabsız insanlarla görüş¬müşdür. Gəldiyi nəticələr o qədər maraqlı olmuşdur ki, onun əsəri təhsil qurumları tərəfindən böyük məbləğdə pul ödə¬ni¬lərək satın alınmışdır.
Onun sırf vampirlərlə bağlı kitabları və ensiklopediyası aşağıdakılardır:
• The Encyclopedia of Vampires, Werewolves and Other Monsters. Facts On File, 2005.
• The Complete Vampire Companion. Macmillan, 1994.
• Vampires Among Us. Pocket Books, 1991.
İlk olaraq qeyd edək ki, Guiley vampirlərin həqiqətən mövcud olduğu qənaətindədir. Lakin onun tərif etdiyi vampir məfhumu insanların beyninə həkk olunmuş vampir obrazından əhəmiyyətli dərəcədə fərqlənir. Guiley qeyd edir ki, “Onlar aramızdadırlar, bizim kimidirlər, lakin fərqli yaşayırlar”.
O, illər boyu davam edən araşdırmalarından sonra nə Broum Stoukerin Drakulasına, nə də ki, Anne Ricenin Lestatına və ya Armandına rast gəlmədiyini bildirmişdir. Onun fikrincə, bunlar həqiqətdən uzaq olub insanların yalnız fantazi¬yalarını əks etdirir. Guileyin dediklərindən belə başa düşmək olar ki, vampirlər Klaus Kinski, Christopher Lee və ya Bela Lugosi kimi çirkin deyil, əksinə, onlar Gary Oldman, Antonio Banderas və ya Tom Cruise kimi yaraşıqlı və seksidirlər. Ona görə həqiqi vampirlər, hər şeydən əvvəl, qan fetişisti deyildir. Şüurlu olaraq bəziləri insan və ya heyvan qanı içməyi arzu edirlər. Bu isə, onların qanın dadını sevmələrindən və ya bəzi seksual ritualların təsirindən qaynaqlanır. Guileyə görə bəzi qan xəstəliyinə tutulanların qan içməyə meyli elmə məlumdur. Buna görə də anemiya xəstələrini vampir hesab etmək düzgün deyil. Guileyin qadın və kişi vampirləri özlərinin vampir olduqlarını bildirirlər və onlar uzun müddətdir ki, insan olmadıqlarına inanırlar. Bu vampirlərin heç biri yüz yaşında olduqlarını iddia etməsələr də, qocalmalarının çox gec bir müddətə baş verdiyini bildirirlər. Onların heç biri havada yarasaya çevrilib uçduqlarını iddia etmirlər. Onlar əsasən qara rəngə üstünlük verirlər. Bəziləri gecələrini klassik musiqi janrından olan konsertlərə getməklə keçirirlər. Onların bir inanca, bir irqə, bir partiyaya, bir millətə, hətta dünyaya bağlı olmaqdan xoşları gəlmir. Ona görə də özlərini bütün bunların xaricində görürlər. Guileyə görə ən maraqlısı isə odur ki, onlar öldükdən sonra diriləcəklərinə inanırlar.
Guiley sarımsaqdan, sudan və aynadan qorxmağın vampirlərlə əlaqəsinin olmadığı qənaətindədir və o, hesab edir ki, bunların hamısı vampir folklorundan qaynaqlanır və bu qorxuların hamısının psixoloji izahları vardır.
Guiley yazır: “Tanıdığım vampirlər dürüst inanca malikdirlər. Şüuraltında vampir olduqlarına əmindirlər. Onlar gecələrə aiddirlər. Sirliliyi sevirlər. Gün işığına qarşı həssasdırlar. Ən əsası isə yalnız yaşamağa meyillidirlər. Yəni insanlarla birlikdə yaşamağı xoşlamırlar. Lakin özlərinə bənzəyənlərlə hərdən bir qan içmək üçün bir araya toplaşırlar. Yaşamlarındakı dəyişikliklərin özlərindən asılı olmadan baş verməsi qənaətindədirlər. Onlara görə vampirə çevrilmək onları insanlardan və hətta pisliklərdən qoruyur. Vampirlərdən bəziləri ruhi aləmin işləri ilə məşğul olurlar. Belə qruplara “Ruhi vampirlər” deyə bilərik. Belə vampirlər susuzluqlarını qanla deyil, başqalarının yaşam enerjisini boşaltmaqla və ya əmməklə təmin edirlər. Bu vampirlər insanlara ehtiyac duyur və qurbanlarını insanlara yaxın olaraq tapa bilirlər. Onları tanımaq daha asandır. Həddindən artıq gecəyə meyillilikləri və təmasda olduqları insanların enerjilərini bir neçə saatda ala bilmələrinə diqqət yetirilərsə, onları tanıya bilərik”.
Beləliklə, Guileyin dediklərindən birmənalı şəkildə aydın olur ki, onun “vampir” adlandırdığı insanlarla tarix boyu haqqında bəhs edilən yarı insan, yarı heyvan məxluqlar arasında çox böyük fərq vardır və Guileyin “vampir”i bizim mövcudluğunu təkzib etməyə çalışdığımız vampir deyil! Onun varlıqlarını sübut etdiyi “vampir” adi insan olub, sadəcə normal insanlardan fərqlənməyə əsas verən vampirlərə aid edilən bir sıra xüsusiyyətlərə malikdir. Qısacası, fik¬rimiz¬cə, Guileyin “vampir” hesab etdikləri insanları vampir adlandırmaq düz¬gün deyil.
Əlbəttə, Guileyin dedikləri həqiqətən çox düşündürücüdür. Onun fikirləri ilə tanış olduqdan sonra insanın ağlına bu sual gəlir: Görəsən, Guileyin “vampir” adlandırdığı insanlar tanıdıqlarımızın arasında da vardırmı?!
Vampirlərə aid edilən terminlər
Vampirlərlə bağlı rəvayətlər o qədər çoxalmış, onlara məxsus yeni ifadələr o qədər yaranmışdır ki, artıq vampirlərə aid edilən maraqlı terminlər leksikonumuza daxil olmağa başlamışdır. Fikrimizcə, bu terminlərin çoxu Rosemary Ellen Guileyin təsvir etdiyi vampirlərə aid edilməlidir. Bunlardan bir neçəsi ilə sizi tanış edirik:
Ancilla – Yeniyetmə, gənc vampir;
Anarch – Qocaman vampirlərə hörməti olmayan üsyankarlar;
Archon – Şəhər-şəhər gəzib dolaşan vampirlər;
Bloodline – 13 klanı bir-birindən ayıran soy xətti;
Blood Bond – Bir vampirin qanını üç dəfə içdikdə yaranan gizli və mistik bir aludəçilik;
Boons – Bir vampirin başqa bir vampirə xeyirxahlıq borcunun qalması;
Caitiff – Klanı olmayan vampir;
Childe – Gənc, təcrübəsiz və ya axmaq işlərlə məşğul olan vampirlər üçün istifadə edilən alçaldıcı bir söz;
Clan – Eyni mistik və fiziki xarakterlərə malik olan vampirlərin yaratdıqları ailə və qan bağı olmayan qruplar;
Coterie – Bir-birlərini qoruyan və dəstək verən vampir qrupları;
Damned – Vampirlərin ümumi adı. “Lənətlənmiş” deməkdir;
Elder – 300 yaşdan çox yaşı olan vampirlər;
Elysium – Elderlərin hərdənbir toplaşaraq getdikləri opera, teatr kimi mədəni yerlərə verilən ad;
Embrance – Ölə bilən birinin ölümsüz olan tərəfindən vampirə çevrilməsi. Bu proses guya ki, ilk olaraq qurbanın vampir tərəfindən qanının içilməsi, daha sonra öz qanını ölə bilən birinə ötürməsi yolu ilə həyata keçirilir;
Ghoul – Bir vampirin qanını içməsinə icazə verilərək yaradılan və vampirlərə xidmət edən varlıqlar;
Golconda – Vampir olmaq ilə insanlıq arasında vampirlər tərəfindən quru¬lan tarazlıq;
Haven – Gün işığında vampirlərin yatdıqları ev;
İnconnu – İnsan problemlərindən özlərini tamamilə uzaq tutmağa çalışan vampir zümrəsi;
Kindred – Vampirlərin adı;
Masquerade – Edilən böyük savaşlardan sonra vampirlərin özlərini ölümdən gizlətmək üçün həyata keçirdikləri işlər;
Methusalah – Artıq heç bir klana mənsub olmayan, inconnu olmuş elder vampirlər;
Neonate – yeni yaradılmış vampir;
Numina – Ölümsüz olmayan vampir ovçularında olan xüsusi güclər;
Prince – Dişi və ya erkək vampirlərdən ibarət olan şəhəri idarə etməyi bacaran vampirlər;
Sire – Ölümsüz olmayan birini vampir edən şəxs;
Vitae – qan.
Nod kitabı
Vampirl<

Категория: Maraqlı | Просмотров: 1106 | Добавил: senanoguz
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа

Календарь новостей
«  Fevral 2009  »
BeÇaÇCaCŞB
      1
2345678
9101112131415
16171819202122
232425262728

Поиск

Друзья сайта

Статистика


Copyright MyCorp © 2024Сайт управляется системой uCoz