Çərşənbə Axşamı
2024-04-23
10:45 PM
Главная www.SENANOGUZ.Tk Приветствую Вас Qonaq | RSS Регистрация
Вход
Меню сайта

Разделы новостей
Xəbərlər [4]
Praqramlar [19]
Oyunlar [19]
İdman [1]
Teleserial [0]
İslam [2]
Maraqlı [11]
Xaker [3]
Sevgi [1]
Musiqi [18]
Şəkillər [5]
Dle Templates [1]
Dle Templates
Dle Modules [6]
Dle modullari Dle Modules
Web Masterler Ucun [8]
Web Masterler Ucun
VodooChat [6]
VodooChat haqinda butun melumatlar
DataLife Engine [0]
Tanınmışlar [3]
Avto Dünya [0]
Mobil Dünya [5]

Мини-чат
500

Наш опрос
Rate my site
Всего ответов: 85

Главная » 2009 » Fevral » 22 » Xaker Kimdir ?
Xaker Kimdir ?
10:48 PM

1960 – Xakerliyin yaranması

İlk kompüter xakerləri Massaçuset Texnoloji İnstitutunda (MİT) baş veribdir.Xakerlik “ hack” sözündən götürülübdür.Həmin sözün mənası isə doğramaq, oğurluq etmək, icazəsiz iş görmək və s. kimi mənalar kəsb edir.Həmin “hack” sözü dəmiryol işçilərinin və elektropozdla məşğul olanların dilindən götürülmüşdür.Dəmir yolçularında, xüsusiylə də ABŞ dəmiryollarında sürətli işin əldə
edilməsində bu söz istifadə olunurdu.Bəzi qrup insanlar hansılar ki, hər şeylə maraqlanan insanlardır ,
cəhd göstərirlər ki, kompüterlərdə öz ağıllarına uyğun olaraq yeniliklər və dəyişikliklər etsinlər.Özlərinin yazmış olduğu proqramlarla hər bir kompüter mütəxəsisinin diqqətini cəlb edirlər.


1970 - Telefon Frikerləri və Cap'n Crunch


Frikerlər yerli və beynəlxalq telefon şəbəkələrini (setlərini)qıraraq(virtual yolla), pulsuz danışıq əldə edirlər.”Frikerlərin atası” Vyetnam – ABŞ müharibəsinin iştirakçısı olmuş Con Dreyperdir.Con Dreyper frikerlik al əmində Cap'n Crunch ləqəbiylə məşhurdur.Günlərin birində Con Dreyper Cap'n Crunch adlı bir məkanda qutuda fit – suvenir tapır, hansı ki, bu saatda 2600 hers (fizikada: rəqs tezliyi ölçü vahidi) səs yayır və AT və T kimi telefon şəbəkələrində elektrik siqnalları ilə üst-üstə düşürdü.O, ilk mavi qutunu ( BLUE BOX ) fitin içind ə yerlıəşdirir, hansı ki,telefonun mikrofonundakı fıştırıq pulsuz danışıq üçün şərait yaradırdı.Amma tezliklə Esquire jurnalı “ Mavi qutunun kiçik sirrl əri” adlı məqalə dərc edir.Həmin məqalədə onun quruluşu və istifadəsi göstərilmişdi.Bu cür qanunsuz işd ən daha çox ABŞ-ın dələduzları istifadə edirdilər.”Mavi qutuların” ev şəraitində istehsalına və onların satışında kollecdəki tələbə dostlar - Stiv Voznyak və Stiv Cobs məşğul idilər.Hansı ki, bu iki məşhur şəxs sonralar Alma kompüterlərin (Apple Computer) əsasını qoyanlardan biri idilər.


1980 - Xakerliyin məlumat lövhəsi və xakerlərin cəmiyyəti


Telefon frikerləri bu cür uğurlu addımlardan sonra tezliklə kompüter xakerliyi ilə məşğul olmağa başlayırlar.Onlar ilk d əfə elektron lövhələrdəki elanları(BBS), Usenet xəbərlər qrupunun və
elektron poçtların sınması kimi işl ərlə məşğul olmağa can atırlar və bunlara da nail olurlar.BBS, hərdən isə bunları "Sherwood Forest" və "Catch-22" də adlandırırlar, tezliklə xakerlərin görüş yerlərinə çevrilirlər.Onlar burada parolların sındırılması v ə kredit kartlarının nömrəsinin dəyişilməsini də sınaqdan keçirirlər. Elə bu ərəfələrdə dünya kiber tarixində ilk xaker qruplarının formalaşması baş verir.İlk xaker qrupları ABŞ -da "Legion of Doom" (Dağıdıcı legion) və Almaniyada "Chaos Computer Club"(Özbaşına kompüter klubu) yaranır.1983 – Uşaq oyunları , ilk film və ilk məhbus Uşaq oyunlarının əsasını qoyan isə Andres olmuşdur.Bu hadisə 1983-cü ilə təsadüf edir.
Xakerlər haqqında ilk film “Döyüş oyunları” ("War Games") adı altında cəmiyyətə təqdim olundu.Baş qəhrəman olan xaker video oyun istehsalçısının kompüterin ə daxil olur, hansı ki, hərbi nüvə münaqişəsi kimi görünürdü.Bir sözlə bu film hərbiyə aid idi.Bu cür filmlər müntəzəm şəkil alır və filmlərin təsiri nəticəsində kiber qəhrəman və anti-kiber qəhrəman psixologiyası insanlarda
formalaşır. Elə həmin il 6 yeniyetmə həbs olunur.Onlar özlərini “oğru dəstəsi 414” adlandırırdılar.Doqquz gün ərzində onlar 60 kompüteri sıradan çıxartmışdılar.Onların arasında Los -Alamos nüvə araşdırma laboratoriyasının da kompüteri var idi.


1984 - Xaker jurnalları


Müntəzəm olaraq “2600” adlı xaker jurnalı çap olunmağa başladı.Redaktor Emmanuel Qoldşteyn(Erik Korli onun əsl adıdır) əsas qəhrəman kimi yuxarıda qeyd etmiyim friker Cap'n Crunch -u götürürdü.Daha sonra “Phrack” jurnalı xakerlər və frikerlər üçün məsləhətlər və nümunələr dərc etməyə başladı. Hazırda dünyada “2600” jurnalı satışda olan ən məşhur və nüfuzlu
jurnallardan biridir. 1985 - Kompüter istifadəsinə görə həbsxana Korporasiya və dövlət kompüterlərinin sürətlə və kütləvi sındırlıması ABŞ-ı narahat etməyə bilməzdi.Bu artıq bir təşvişə
çevrilmişdi.Bunun da məntiqi nəticəsi kimi ABŞ Konqresi "Computer Fraud and Abuse Act" (Kompüter Dələduzluğu və Həbs Aktı) adlı qanun qəbul etdi.Həmin qanuna görə kompüterləri sıradan çıxaran şəxslər həbs olunurdu.

Azərbaycanın “OCAQ Web Security” komandası xalqımızın düşməni olan Mixail Qorbaçovun rəsmi saytını 20 yanvar faciəsinin il dönümünə görə sıradan çıxartdı.19-20 yanvar 2007 ci il tarixində baş verən bu hadisəni dünyanın bütün adlı-sanlı KİV-ləri işıqlandırdılar.

Həmin saytın sınmış forması : (Bu qeder inaniram ki xoshunuza geldi! By crack)


Категория: Xaker | Просмотров: 1386 | Добавил: senanoguz
Всего комментариев: 2
2010-07-07
2. Elnur [Material]
Yeri Var Cox Sagol...Basdan Axira qeder Oxudum Yeri VAr

2009-12-04
1. Behruz [Material]
thanks for all interesting information.these information is very important for me thanks

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа

Календарь новостей
«  Fevral 2009  »
BeÇaÇCaCŞB
      1
2345678
9101112131415
16171819202122
232425262728

Поиск

Друзья сайта

Статистика


Copyright MyCorp © 2024Сайт управляется системой uCoz