Windows XP super məlumatlar - 22 Февраля 2009 - www.SendeQosul.Tk
Bazar
2017-02-26
3:14 PM
Главная www.SENANOGUZ.Tk Приветствую Вас Qonaq | RSS Регистрация
Вход
Меню сайта

Разделы новостей
Xəbərlər [4]
Praqramlar [19]
Oyunlar [19]
İdman [1]
Teleserial [0]
İslam [2]
Maraqlı [11]
Xaker [3]
Sevgi [1]
Musiqi [18]
Şəkillər [5]
Dle Templates [1]
Dle Templates
Dle Modules [6]
Dle modullari Dle Modules
Web Masterler Ucun [8]
Web Masterler Ucun
VodooChat [6]
VodooChat haqinda butun melumatlar
DataLife Engine [0]
Tanınmışlar [3]
Avto Dünya [0]
Mobil Dünya [5]

Мини-чат
500

Наш опрос
Rate my site
Всего ответов: 83

Главная » 2009 » Fevral » 22 » Windows XP super məlumatlar
Windows XP super məlumatlar
4:06 PM
Kompyuterin daha sürətli və rahat işləməsi
C:\Windows\Prefetch qovluğunda olan faylları silin. Bunu ən azı ayda 1 dəfə edin. Ama yenədə nə qədər tez-tez etsəz sizə yaxşıdı.


Kompyuter açılış sürətinin artırılması
Kompyuteri açılanda Welcome(privetstve) yazısının daha az vaxt qalması və ya olmaması üçün My computer(moy kompyuter) üzərində mouse-un sağ düyməsini klik edin. Açılan menyuda Svoystva seçin. Daha sonra açılan pəncərədən Dopolnitelno bölümünə gedin və Zaqruzka i vosstanovlenie hissəsində Parametr tıklayın. Yeni pəncərə açılacaq. Buradakı vaxtların qabağından quş işərisini götürün və OK tıklayın. İndi kompyuteri söndürüb yandırın. Dəyişikliyi hiss edəcəksiz.

İnternet sürəti 20% artsın
Windows XP Professional standart olaraq internet sürətin 20%-ini başqa proseslərə sərf edir. Qarşısını almaq üçün
bura daxil olun. (şəkillərlə göstərilib)

Microsoft məlumat sorğusunu bağlamaq
Siz internetə hər qoşulanda Microsoft kompyuterinizi sorğulamağa başlayır. Windows Update prosesində bütöv olaraq hansı məlumatların göndərildiyini sadəcə Microsoft bilir. Əgər kompyuterinizlə bağlı məlumatlara baxılmasını istəmirsinizsə bu yazdıqlarımı edin.
START(pusk)\RUN(vıpolnit)\regedit yazın. Açılan pəncərədə HKEY_LOCAL_MACHINE\Software\Microsoft\Window NT\CurrentVersion qovluğuna tıklayın və sağ tərəfdə açılan faylların içərisindən "RegDone" faylı üzərində 2 dəfə tıklayın və dəyərini 1 yazın.

Ad və şifrə girmədən işçi stolunun açılması
Əgər kompyuteri açdıqda istifadəçi adı və şifrə pəncərəsinin olmamağını istəyirsinizsə bunları edin. START(pusk)\Run(vıpolnit)\Control userpasswords2 yazın və OK tıklayın. Açılan pəncərədə Trebovat vvod imeni polzovatelya i parolya yazısının qabağına quş işarəsi yazın və OK verin. Bu qədər.

Gizlənmiş istifadəçi hesabı və ya Adminstrasiya hesabının göstərilməsi
START(pusk)\RUN(vıpolnit)\regedit yazın. Açılan pəncərədən HKEY_LOCAL_MACHINE\ Software\ Microsoft\ WindowsNT\ CurrentVersion\ Winlogon\ SpecialAccounts\ UserList tıklayın və sağ tərəfdə açılan faylların yanında mouse-un sağ düyməsini klik edin və açılan menyudan New(sozdat)> DWORD seçin və adını istədiyiniz istifadəçi adını yazın. Dəyərini (znaçenie) görünməyi üçün 1 , gizlənməyi üçün 0 (sıfır) yazın. Əgər Adminstrasiya hesabının görünməyini istəyirsinizsə onda yaratdığınız faylın adını Administrator yazın və dəyərini 1 edin.

Sistem açılışının sürətlənməsi
HKEY_LOCAL_MACHINE\System\CurrentControlSet\Control\Session Manager\Memory Management\PrefetchParameters qovluğuna tıklayın və sağ tərəfdəki EnablePrefetcher faylının dəyərini 6 yazın.

Disk təmizləyicinin öz-özünə işləməsini dayandırmaq
XP disk təmizləmə bəzən uyğunsuz bir vaxtda işə düşür və nə qədər vaxt gözləməli oluruq. Bunun qarşısını alaq və disk təmizləmə işini boş vaxtımızda özümüz edək. Qarşısını almaq üçün START(pusk)\RUN(vıpolnit)\regedit yazın. Açılan pəncərədə HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Policies\Explorer qovluğuna 1 dəfə tıklayın və sağ tərəfdə NoLowDiskSpaceChecks faylına daxil olun və dəyərini 1 edin. Əgər həmin fayl yoxdursa onda həmin yerdə boşluqda mouse-un sağ düyməsini klik edin və açılan menyuda New(sozdat)>DWORD formatında bir fayl yaradın və adını LowDiskSpaceChecks dəyərini isə 1 yazın.

Əlavə disk yaddaşı qazanmaq
Windows XP istifadə etdiyimiz programların dll (dynamic link libraries) fayllarını müəyyən bir vaxt yaddaşda saxlayır. Bu prosesi bağlayıb biraz yaddaş qazana bilərik.
START(pusk)\RUN(vıpolnit)\regedit yazın. Açılan pəncərədə HKEY_LOCAL_MACHINE\ SOFTWARE\ Microsoft\ Windows\ CurrentVersion\ Explorer qovluğuna 1 dəfə tıklayırıq və sağ tərəfdə açılan faylların yanında mouse-un sağ düyməsini klik edin . Açılan menyuda New(sozdat)>DWORD formatında bir fayl yaradın və adını AlwaysUnloadDll dəyərini isə 1 yazın. Kompyuteri söndürüb yandırdıqdan sonra aktif olacaq.

MP3 qovluğuna CD albomun şəklini yerləşdirmək
Musiqiyə qulaq asmağı sevənlər həmdə yeni çıxan albomların şəkilinidə izləyirlər. Albomları isə başqa-başqa qovluğlarda saxlamağı xoşlayırlar. Ama qovluğda təkcə albomun adı yox şəkli də olsa lap yaxşı olar. Bunun üçün istədiyimiz qovluğa istədiyimiz şəkilin adını folder olaraq dəyişib köçürürük. Artıq qovluq görüntüsünü ən böyük edib baxa bilərsiniz.

Windows XP CD istəməsin
Bəzən kompyuterdə bir sıra işlər görmək istəyirik. Ama bunlardan bəziləri XP CD-sini istəyir. Əgər Hard diskinizdə əlavə yaddaş varsa (600mb-dan çox), Windows XP CD-sindəki i386 qovluğunu olduğu kimi istədiyiniz qovluğa köçürün (məs: D:\Red_kid\i386). Daha sonra START(pusk)\RUN(vıpolnit)\regedit yazın. Açılan pəncərədə HKEY_LOCAL_MACHINE\ SOFTWARE\ Microsoft\ Windows NT\ CurrentVersion qovluğu üzərinə 1 dəfə tıklayın. Sağ tərəfdə SourcePath faylını tapın və E:\I386 yazısının yerinə i386 qovluğunu köçürdüyünüz adresi yazın(D:\Red_kid\i386)

Kompyuter avtomatik bağlanmır?
Bəzən Windows-u START menyusundan söndürməyimizə baxmayaraq kompyuter bağlanmır. Bu problemi düzəltmək üçün START(pusk)\RUN(vıpolnit)\regedit yazın. Açılan pəncərədə HKEY_CURRENT_USER\ Control Panel\ Desktop qovluğuna 1 dəfə tıklayın və sağ tərəfdə açılan faylların içərisindən PowerOffActive faylına daxil olun və dəyərini 1 yazın.

Sistem gücünün artırılması
Windows XP-də fayl və qovluq üçün 2 ad olur. Birincisi gördüyümüz, ikincisi isə DOS üçün hazırlanmış addır (DOS-la düzgün işləsin deyə). Bu ad işləməsi CPU və hard diski, ümumiyyətlə sistemi boşa məşğul edir. Həmdə MFT istifadəsini aşağı salır. Bunun qarşısını almaq üçün
START(pusk)\RUN(vıpolnit)\regedit yazın. Açılan pəncərədə HKEY_LOCAL_MACHlNE\System\ CurrentControlSet\Control\FileSystem qovluğuna tıklayın və sağ tərəfdə açılan faylların içərisindən NtfsDisable8dot3NameCreation faylına daxil olun və dəyərini 1 edin.

BSOD çıxanda təzədən başlasın(restart)
Kompyuterinizdə ola biləcək bir sistem pozuntusunda və ya BSOD (BSOD = Blue Screen of Death=məşhur mavi ekran) hadisəsində sistemin təzədən başlamağı üçün
START(pusk)\RUN(vıpolnit)\regedit yazın. Açılan pəncərədə HKEY_LOCAL_MACHlNE\ System\ CurrentControlSet\ Control\ CrashControl qovluğuna tıklayın və sağ tərəfdə açılan faylların içərisindən AutoReboot faylına daxil olun və dəyərini 1 yazın.


QEYD:Bu əməliyyatları özümde etdim və heç bir ziyanını görmədim. Bunlar tamamilə düzgündür. Həmçinin bunlar minlərlə istifadəçi tərəfindən yoxlanılıb və heç bir ziyanı görülməyib.

Категория: Praqramlar | Просмотров: 687 | Добавил: senanoguz
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа

Календарь новостей
«  Fevral 2009  »
BeÇaÇCaCŞB
      1
2345678
9101112131415
16171819202122
232425262728

Поиск

Друзья сайта

Статистика


Copyright MyCorp © 2017Сайт управляется системой uCoz